"KVN öldü, yoxdur. Tahir İmanov bizim üçün tamaşaçı qismindədir"


Şou-biznes 30 İyl 2019 11:32:04 205 0

"KVN öldü, yoxdur. Tahir İmanov bizim üçün tamaşaçı qismindədir"

"Ümid edirəm ki, gələcəkdə uşaqlara siz şitsiniz, bayağısınız, amma "Bu şəhərdə" nələr yaradıb, gedib deyəcəklər. Əfsuslar olsun ki, bir çox insanlar da ya açıq söyüş olur, ya da söyüşə işarə olur. Çeynənilmiş formada mən filan şeyi demirdim, başqa şeyi nəzərdə tuturdum deyə, o qədər xırdalayırlar ki... "Bu şəhərdə"də bayağılıq, şitlik ola bilər, ancaq söyüş heç vaxt ola bilməz".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Söhbətsiz" proqramında qonaq olan "Bu şəhərdə"nin senaristi Müşviq Abbasov deyib.

O, yazdığı bəzi ssenarilərdən utandığını da dilə gətirib:

"Evli olandan sonra subay vaxtı yazdığım ssenarilərə görə utanmışam. Bu gün də utanıram. Evli insan məsələlərə başqa rakursdan baxır. Düzdür, elə insanlar var ki, onlara evlilik də təsir etmir. Hələ də söyüşlü zarafatlar edirlər".

Sənətçi bildirib ki, hazırda KVN-in fəaliyyəti dayanıb:

"Anar Məmmədxanov dünyasını dəyişdi, "Parni iz Baku" fəaliyyətini dayandırdı. Bununla da, Azərbaycanda KVN öldü, yoxdur. KVN potensiallı insanlar yetişdirmir. Hansı ki, bu gün Azərbaycan şou-biznesini, əyləncəli verilişləri formalaşdıra bilərdilər. Əgər Anar Məmmədxanov sağ qalsaydı, çempionatlar davam etsəydi, bu gün daha çox rəqabət olardı, şitlik, bayağılıq, söyüşlü məqamlar kənarda qalardı".