"İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur" FOTO


Şou-biznes 30 İyl 2019 10:54:00 208 0

"İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur"  FOTO

Əməkdar artist Röya Ayxan uzun fasilədən sonra yenidən İnstaqram-a qayıdıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni aparıcı Nəsib Nurun həyat yoldaşı Pərvanənin ad günündən foto paylaşaraq, onu təbrik edib.

Röyanın 1 aydan sonra yenidən fotosunu yayımlaması izləyicilərini də təəccübləndirib. Onlar müğənniyə onun üçün çox darıxdıqlarını yazıblar.

Qeyd edək ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi  ilə əlaqələndirib.

"Yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və sair", - Röya bildirmişdi.


Xəbərə aid foto