Qurban bayramında heyvan kəsimi məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək


Digərləri 30 İyl 2019 10:34:00 190 0

Qurban bayramında heyvan kəsimi məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək

Qurban bayramı günlərində ölkə ərazisində fəaliyyət göstərən 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin ediləcək.

Bakı. İlhamə İsabalayeva - Qurban bayramı günlərində ölkə ərazisində fəaliyyət göstərən 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin ediləcək. Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, Qurban bayramı günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək: