AZEXdən Türkiyədən onlayn sifarişlərin çatdırılmasında yüksək xidmət keyfiyyəti və sərfəli şərtlər


Digərləri 30 İyl 2019 10:15:00 286 0

AZEXdən Türkiyədən onlayn sifarişlərin çatdırılmasında yüksək xidmət keyfiyyəti və sərfəli şərtlər

AZEX şirkəti son dövrlər Türkiyədən onlayn sifarişlərin çatdırılmasında yüksək xidmət keyfiyyəti və sərfəli şərtləri ilə diqqəti cəlb edir.

Şirkətin əsas özəlliklərindən biri də Türkiyədən təkcə geyim və ayaqqabı deyil, eviniz üçün lazım olan bir çox əşyaları (divar kağızları, su kranları, ev tekstili (yataq və süfrə dəstləri)  tikiş maşınları, elektirkli kiçik ev alətləri), həmçinin bağ və həyət evləri üçün gərəkli bütün əşyaları sifariş verməyinizə və sürətli çatdırma ilə yanaşı 50-60% pulunuza qənaət etməyinizə şərait yaradır.

Hazırda şirkətdə paket birləşdirmə xidməti də aktivdir. Bu xidmət vasitəsi ilə sizin eyni gündə şirkətin Bakı ofisinə daxil olan bütün mallarınız bir paket kimi qəbul olunur və siz daşıma haqqında da daha az xidmət haqqı ödəyirsiniz.

Həmçinin şirkət Bakcell Ulduzum istifadəçilərinə də 20% endirim təklif edir.

AZEX 7/24 rejimində sutkanın istənilən vaxtı sizin sifarişlərinizi icra edir. Bu da öz növbəsində tükənməkdə olan malları sizin rahatlıqla əldə etməyinizə şərait yaradır.

Şirkət həmçinin Bakı daxili kuryer xidmətini də həyata keçirir. Belə ki, Siz Türkiyədən sifarişinizin birbaşa evinizə və ya iş yerinizə çatdırılmasını da AZEX vasitəsi ilə əldə edə bilərsiniz.