Bu il Azərbaycan əhalisi daha çox nələrə pul xərcləyib?
Digərləri 30 İyl 2019 10:00:00 210 0
İlin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyib
Bakı. Elçin Mehdiyev -
2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18,0 milyard manata bərabər olub.
Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 8944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9033,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,1 faiz artıb.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları
Satışdan gəlir, milyon manatla
2018-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi
17 977,9
102,8
o cümlədən:
ərzaq məhsulları
8074,5
102,6
içkilər və tütün məmulatları
870,4
100,9
toxuculuq məhsulları, geyim və ayaqqabılar
3 236,5
103,0
elektrik malları və mebellər
1 063,1
102,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları
139,7
104,3
əczaçılıq və tibbi mallar
236,7
104,5
avtomobil yanacağı
990,0
101,8
digər qeyri-ərzaq məhsulları
3 367,0
103,4
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Mənbə: az.trend.az