İran batan gəmisinin ekipajını xilas etdiyinə görə Azərbaycana təşəkkür etdi


Digərləri 30 İyl 2019 10:06:00 186 0

İran batan gəmisinin ekipajını xilas etdiyinə görə Azərbaycana təşəkkür etdi

İran İslam Respublikası “Şəbahəng” gəmisinin ekipaj heyətinin xilas edilməsi ilə bağlı Azərbaycana təşəkkürünü bildirib.

Bakı. Elnur Bağışov - İran İslam Respublikası “Şəbahəng” gəmisinin ekipaj heyətinin xilas edilməsi ilə bağlı Azərbaycana təşəkkürünü bildirib. Bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən məlumat verilib. Səfirlik İran İslam Respublikası dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir. Qeyd edilir ki, bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.