Çində avtobus körpüdən çaya düşüb


Dünya 30 İyl 2019 09:55:00 238 0

Çində avtobus körpüdən çaya düşüb

Çinin Haykou şəhərində sərnişin avtobusu körpüdən çaya düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb.

Bildirilir ki, insident yerli vaxtla saat 08:30-da baş verib. Avtobus hərəkət zolağından kənara çıxıb və körpüdən çaya düşüb.

Qəza zamanı avtobusda sərnişinlər və sürücü olub.