Molekulyar kompüterin yaradılması istiqamətində böyük irəliləyiş əldə olunub


Digərləri 30 İyl 2019 08:59:00 223 0

Molekulyar kompüterin yaradılması istiqamətində böyük irəliləyiş əldə olunub

Beynəlxalq alimlər komandası 10 il hazırlıqdan sonra ilk dəfə istilik keçiricilik qabiliyyətini bir molekul vasitəsilə ölçüblər. Bu proses Mur qanununun təsirini artırmaq və kompüterlərin yeni nəslinin əsasını qoymaq imkanına malik məntiqi zəncirlərin yaradılmasına yol açır.  

Son.az chip.az-a istinadən bildirir ki, alimlər bu sınaqlara on ildir ki, hazırlaşırdılar. Onlar başlığında insan saçı qalınlığında qızıl elektrodu olan kalorimetr quraraq uyğun istilik həssaslığını təmin etmək üçün cihazı digər otaqdan tamamilə kənarlaşdırıblar. Sonra onlar kalorimetri otaq temperaturundan 20-40 dərəcə yüksəyə qədər qızdırıblar və iki elektrodu bir-birilərinə yaxın formada, karbon atomlarının bəzi zəncirlərinin kalorimetrin elektrodu ilə birləşməsinə imkan verəcək məsafədə yerləşdiriblər.

Makroskopik aləmdə istilikkeçirmə xassəsi materialın qalınlığı artıqca yüksəlir, lakin nanomiqyasda proses bu üsulla həyata keçirilmir. Buna nümunə olaraq kvant effektlərinin qüvvədə olduğu molekulyar birləşmələri göstərmək olar. Alimlər aşkar ediblər ki, elektrik ötürücülüyü qalınlığın artırılması zamanı eksponensional olaraq azalır, istilikkeçirmə xassəsi isə təxminən olduğu kimi qalır.

Alimlər fərz edirlər ki, nanomiqyasda istiliyin hərəkət azadlığı molekulyar zəncirə nisbətən daha uzun, başqa sözlə, sınaqdan keçirilən təxminən 10 atom zəncirindən 100 dəfə daha uzun olduqda belə saxlanılır. Hazırda tədqiqatçılar bunu yoxlamağın yollarını fikirləşirlər.