Xiaomi RedmiBook 14 təqdim edilib


Digərləri 30 İyl 2019 08:41:00 178 0

Xiaomi RedmiBook 14 təqdim edilib

Çinin "Xiaomi" şirkəti "RedmiBook 14" noutbukunu təqdim edib. Qurğu özündə güclü texniki xüsusiyyətləri, o cümlədən "Corei3-8145U" prosessorunu, 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşı birləşdirib.   Son.az ICTnews-a istinadən bildirir ki, adından da göründüyü kimi, "RedmiBook 14" noutbuku 14 düym diaqonallı ekranla tədarük edilir. Lakin bu, bir sıra digər modellərdə quraşdırılan displeylərdən fərqlənir. Belə ki, ekran 5,75 mm dar çərçivəyə malik olmaqla panel səthinin 81,2 faizini əhatə edir.   Bundan başqa, noutbuk tamölçülü klaviatura ilə təchiz olunub, 17,95 mm qalınlığında korpus isə metaldan hazırlanıb.   Məlumata görə, noutbuk dözümlülük baxımdan 10 saat avtonom iş vaxtını təmin edir və 34 dəqiqəyə enerjinin 50 faizini toplayır.   Noutbukun sol tərəfində bir "HDMI" və iki "USB 3.0" portu, sağda isə interfeys qarniturası və "USB 2.0" çıxışı quraşdırılıb.     "Xiaomi RedmiBook 14" noutbukunun qiyməti 465 dollar təşkil edir. Son.az