Estoniyada Piroq festivalı keçirilib


Digərləri 30 İyl 2019 08:48:00 191 0

Estoniyada Piroq festivalı keçirilib

Estoniyanın Tallinn şəhərinin Lasnamae parkında ikinci Piroq festivalı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həm həvəskarların, həm də mütəxəssislərin iştirak etdiyi festival iştirakçıları şəhər parkında qurulmuş pavilyonlarda kulinariya bacarıqlarını nümayiş etdirərək şirin və şirin olmayan un məmulatlarını orijinal reseptləri əsasında hazırlayaraq əhaliyə təqdim ediblər.

Festivalda dünyanın müxtəlif xalqlarının milli yeməklərindən də dadmaq mümkün olub. Burada Şərq xalqlarının, habelə NATO hərbçilərinin hazırladıqları piroqlardan ibarət pavilyonlar xüsusilə maraq doğurub.