Qızıldan hazırlanan Huawei P30 Pro


Digərləri 30 İyl 2019 08:35:00 245 0

Qızıldan hazırlanan Huawei P30 Pro

Qızıl örtüklü olaraq qarşımıza çıxan telefonlar adətən məhdud sayda çıxır. Məhz bu ultra premium telefonlardan biri də Huawei P30 Pro oldu.

Son.az chip.az-a istinadən bildirir ki, Redmi-nin məhdud sayda olan Gold Redmi K20 Pro-nu rəsmi olaraq tanıtmasından sonra Çinli texnologiya şirkəti Huawei-nin də P30 Pro-nun Gold variantını çıxardı. Ana gövdəsi tamamilə qızıldan ibarət olan telefon ilk olaraq Çinli aktyor Donnie Yen-in əlində görünüb. Hazırda bu ultra premium cihaza dair hər hansı bir rəsmi detal və ya qiymət məlum deyil.

Fotolara baxdıqda telefonun arxa tərəfinin 24 əyar qızıldan hazırlandığı görünür. Telefonun arxa tərəfində isə aktyor Donnie Yen-in adı yazılıb.

Qeyd edək ki, fotoşəkillərdə telefonu göndərdiyi bəlli olan Gold Elite saytı Huawei P30 Pro-dan əvvəl Samsungun Galaxy S8+ və Galaxy Note 8 telefonları üçün də qızıl örtmə işləri hazırlamışdı.