Könüllülər üçün TOT seminarlar başa çatıb


Digərləri 30 İyl 2019 08:38:00 214 0

Könüllülər üçün TOT seminarlar başa çatıb

Azərbaycan Turizm və Menecment Universitetində "Azərbaycanda plastik tullantılara qarşı mübarizə" layihəsi çərçivəsində keçirilən könüllülər üçün TOT (Təlimçilər üçün təlim) seminarlar başa çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, seminarlar Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə reallaşıb.

Üç gün davam edən təlimlər zamanı iştirakçılara qeyri-təhsil metodlarından isitifadə edərək praktiki təlimlər və qruplar üzrə komanda işləri təşkil olunub.

Təlimlərin sonunda iştirakçılara hədiyyə və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.