Ağdaşda birmərtəbəli ev yanıb


Digərləri 30 İyl 2019 08:33:27 189 0

Ağdaşda birmərtəbəli ev yanıb

Ağdaş rayonunda yanğın qeydə alınıb

Bakı. Ağdaş rayonunda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Qolqəti kəndində ümumi sahəsi 99 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 2 m² sahədə və döşəməsi 2 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.