Azərbaycanda uşaqlara qoyulan serial adları


Digərləri 30 İyl 2019 08:28:00 285 0

Azərbaycanda uşaqlara qoyulan serial adları

Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalara görə, son dövrlərdə uşaqlara daha çox Türkiyə seriallarından götürülmüş adlar verilir.

Belə adlar daha çox qız uşaqlarına qoyulur.

Yalnız bu il ərzində Əsma 259, Damla 253, Miray adı 226, Nur 220, Melisa 186, Aişə 109, Milana 84, Elif 82, Elay 78, Selcan 70, Milay 66, Selin və Sunay 62, Əsra 54, Əsmanur və İlayda 49, Cansu adı isə 42 qıza qoyulub.