Time jurnalından Rusiyanı qəzəbləndirəcək addım: Aya doğru yeni bir yarışın içində...


Digərləri 30 İyl 2019 08:15:00 260 0

Time jurnalından Rusiyanı qəzəbləndirəcək addım: Aya doğru yeni bir yarışın içində...

Time jurnalının Ayın fəthinə həsr edilmiş yeni sayında 1968-ci ildə nəşr olunan eyni mövzulu üz qabığından istifadə edilib. Ancaq yeni qapaqda Rusiya bayrağının olmaması diqqət çəkir.

Son.az chip.az-a istinadən bildirir ki, Time jurnalının yeni sayında dizaynerlər 1968-ci ildə Ayın fəthinin əks olunduğu Sovet hökümətindən və ABŞ-dan kosmonavtın Aya doğru qaçdığı qapaqdan istifadə edib. Ancaq yeni sayda bu kosmonavtların olmaması diqqət çəkərkən amerikalı astronavtla birlikdə çinli rəqibi, həmçinin Falcon daşıyıcı raketinin və Dragon kosmos vasitəsinin istehsalçısı SpaceX və kosmos turizmində ixtisaslaşan Blue Origin şirkətlərinin astronavtları yer alıb.

Sputnik-in bildirdiyinə görə, jurnalın "Yarışa qatılan super dövlətlər. Rəqabət edən milyarderlər. Aya doğru yeni bir yarışın içində." adlı məqaləsində son illərdə özəlliklə ABŞ və Çinin yeni Ay proqramlarında uğur əldə etdikləri vurğulanır.

Daha öncə ABŞ-ın vitse-prezidenti Mike Pence, ölkəsinin 2024-ci ildə Aya astronavt göndərmə mövzusundakı planlara 100 faiz bağlı olduqlarını, bu dəfə astronavtların bir müddət Ayda qalaraq, yeni mənbələr, metodlar və yeni texnologiyalar inkişaf etdirəcəklərini açıqlayıb.