İran və Rusiya hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıblar


Digərləri 30 İyl 2019 03:21:00 232 0

İran və Rusiya hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıblar

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

Bakı. İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib. H.Xanzadinin sözlərinə görə, sənəd onun Rusiyaya səfəri zamanı imzalanıb: "Bu, bu cür qarşılıqlı anlaşma haqqında ilk memorandumdur və Tehranın və Moskvanın müdafiə sahəsində münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər".