Braziliyada həbsxanada iğtişaşlar nəticəsində 52 məhbus həlak olub


Digərləri 30 İyl 2019 01:28:00 288 0

Braziliyada həbsxanada iğtişaşlar nəticəsində 52 məhbus həlak olub

Braziliyanın Para ştatının həbsxanasında iğtişaşlar baş verib

Bakı. Braziliyanın Para ştatının həbsxanasında iğtişaşlar baş verib. Trend-in "Globo" telekanalına istinadən verdiyi məlumata görə, Altamira bələdiyyəsində yerləşən həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus həlak olub. Telekanalın məlumatına əsasən, məhbuslardan 16-nın başı kəsilib, digərləri isə məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ölüblər. Bildirilir ki, həbsxananın 2 işçisi girov götürülüb və daha sonra sərbəst buraxılıblar.