Kondisioner sizi iflic edə bilər Həkim


Digərləri 29 İyl 2019 23:34:00 285 0

Kondisioner sizi iflic edə bilər  Həkim

Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı az deyilmiş.

Son.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, gecə yatarkən kondisioner mütləq şəkildə söndürülməlidir.

"Təsəvvür edin ki, orqanizmdə hərarət 1 dərəcə qalxanda ürək döyüntülərinin sayı 10-dək artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Ona görə də kondisionerdən ağılla, tibbi parametrlərə uyğun şəkildə istifadə olunmalıdır", - ekspert bildirib.

Professor normal iş şəraitində kondisionerin temperaturunu 20-22 dərəcədə saxlamağı və fasilə ilə işlətməyin məsləhətli olduğunu vurğulayıb:

"Kondisionerin hava vuran yerini insanın üstünə yönəltmək də düzün deyil. Soyuq vuran yelpiyi tavana tərəf yönəltmək lazımdır ki, soyuq külək nəfəs orqanı vasitəsilə birbaşa insan orqanizminə daxil olmasın. Məsləhətim odur ki, insanlar kondisionerlə bağlı saat normasına əməl etməsə də, temperatur həddini mütləq gözləsin".

Tibb eksperti kondisionerlərin təmizlənməməsi nəticəsində legionellez xəstəliyinin yarana biləcəyini bildirib: