Avropanın ən hündür atraksionu bu şəhərdə qurulacaq FOTO


Digərləri 29 İyl 2019 22:55:00 251 0

Avropanın ən hündür atraksionu bu şəhərdə qurulacaq  FOTO

Böyük Britaniyanın Nyukasl şəhərində Avropanın ən hündür atraksionu qurulacaq.

Son.az teleqraf.com-a istinadən bildirir ki, yerli hakimiyyət orqanları bir ildən çox davam edən danışıqlar və mübahisələrdən sonra inşaata icazə veriblər.

Atraksionun hündürlüyü 140 metr olacaq. O, Londonda yerləşən atraksiondan 6 metr hündür olması ilə fərqlənəcək. Yaxınlıqda isə kiçik attraksionlar və hündürlüyü 12 metr olan "Nəhəng Cordi" heykəli olacaq.

Layihə 100 milyon funt sterlinq dəyərində qiymətləndirilir. İnşaatın iki ilə tamamlanması planlaşdırılır.


Xəbərə aid fotolar