Tripolinin hava limanı atəşə tutulub


Dünya 29 İyl 2019 22:30:00 219 0

Tripolinin hava limanı atəşə tutulub

Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanı atəşə tutulub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının administrasiyasının rəsmi "Facebook" səhifəsində yerləşdirdiyi məlumatda deyilir.

Məlumatda bildirilir: "Hava limanının atəşə tutulması nəticəsində iş dayandırılıb. Hava limanı reyslərini qəbulunu və göndərilməsini tamamilə dayandırıb".

Qeyd edilir ki, İstanbul və Tunisdən gələn təyyarələr Liviyanın Misurat şəhərinin hava limanına yönləndiriliblər.