Yeməkdən tez doymaq və mədədə toxluq


Digərləri 29 İyl 2019 22:40:00 361 0

Yeməkdən tez doymaq və mədədə toxluq

Toyuq bir az dən yeyib doyan kimi, nə qədər ac iştahlı olsa da yeməkdən erkən, tez doyan, çəkilən və daim toxluq, mədəsində sanki daş asılmış kimi hiss edən insanların əslində səhhətində problemlər var. 

Son.az medicina.az-a istinadən erkən toxluğun simptom və səbəblərini təqdim edir.

Qarşısındakı bir boşqab yeməkdən bir dişləm alan kimi "doydum" deyənlər bu xəstəliklərdən şübhələnməli və düzgün diaqnoz üçün həkimə müraciət etməlidirlər.

Daha çox qadınlarda rast gəlinən bu problem irəlilədikcə çox yedikdə ürəkbulanma, hətta qaytarmaya səbəb olur, çəki azalır, insan gündəlik kalorisini almadığı üçün mikroelement və vitamin defisiti yaranır, metobolizm pozulur və orqanizmin sistemlərində problemlər başlayır.

Səbəblər:

1.Mədənin işində pozulma

Toxluq sindromu yaşayan pasiyentlərdə mədə akkomodasiyası, yəni yuxarı şöbəsinin divarlarının tonusunun normadan artıq çoxalması və qida rezervuari həcminin kiçilməsi baş verir. Mədədə qidanı itələyən hissə tormozlana, orqanın boşalması ləngiyə də bilər.  Nəticədə insan bir az yedikdən sonra toxluq hiss edir.

2.Qastroparez   Ən geniş yayılmış xəstəliyidir. Qida mədədə uzun müddət qalır, gec həzm olur, irəliləmir və toxluq illüziyası yaranır.  Xəstəlik mədə divarı əzələsinin patoloji pozulmasıdır.  Qastroparezin digər əlamətləri: qarında ağrı, ürəkbulanma, köp, mədədə yanma, halsızlıq, çəkidə itki. 

Qida qəbulunu məcburi artıranda isə qusma belə olur. Qastroparez özü də yanaşı digər ağır xəstəliklərin fonunda yaranır: diabetdə, Parkinson xəstəliyi, dağınıq skleroz, anoreksiya, bağırsaqlarda keçməməzlik, əməliyyatdan sonra, bulimiya, sinir, əsəb xəstəlikləri. Bu xəstəlikdən əziyyət çəkən insanlar depressiya və gərginliyin də əsiri olurlar.

3.Qıcıqlanmış bağırsaq sindromu

Yoğun və nazik bağırsaq divarı, selikli qişası və ümumilikdə işində çox səbəblərdən qaynaqlanan problemdir.  Qarında, mədədə spazmlar, dəhşətli köp, diareya və ya qəbizlik, iştahsızlıq, erkən toxluq sindromlarıdır. 

Qıcıqlanmış bağırsaq sindromu çətin müalicə olunur, tez-tez qayıdır və neqativ təsiri təkrarlanır. Bu xəstələr də əsəbi, gərgin və depressiv olur.