Qlobal istiləşmə Yer üzündə ölümcül infeksiyalar yaradıb


Digərləri 29 İyl 2019 22:20:00 237 0

Qlobal istiləşmə Yer üzündə ölümcül infeksiyalar yaradıb

Alimlər Yer üzündə 3 müxtəlif yerdə elmə məlum olmayan, alimlərin ilk dəfə təyin etdiyi sirli göbələk növü aşkarlayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, hələ 3 il əvvəl dünya səhiyyə mütəxəssisləri yüzlərlə klinikanı xəbərdarlıq etmişdilər ki, yer üzündə yeni, serətlə yayılan və 90% dərmanlara davamlı olan göbələk infeksiyası aşkarlanıb. 

Candida ailəsinə mənsub yeni göbələyə yoluxma 30 ölkədə qeydə alınıb.  Alimlər bildirir ki, əslində infeksiya daha geniş yayılıb, sadəcə onu xüsusi laborator metodlar olmadan təyin etmək mümkün deyil. İnfeksiya xəstəxana, klinikalar, xəstələr və həkimlər arasında ötürülməklə yayılır. Nəticədə ürək, damarlar, baş beyin yoluxur. 

Bu infeksiyada ölüm faizi yüksəkdir, hər 3-4 xəstədən biri ölür.