Yaponiya Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi göndərəcək


Dünya 29 İyl 2019 21:40:00 263 0

Yaponiya Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi göndərəcək

Yaponiya Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi göndərəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Konotori-8" kosmik aparatının buraxılışı sentyabrın 11-nə nəzərdə tutulub. Bu barədə Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yük kosmik gəmisinin buraxılışı cənub-qərbi Kaqosima prefekturasındakı Taneqasima adasında yerləşən kosmodromdan ağır H2B raketdaşıyıcısı vasitəsilə həyata keçiriləcək. Kosmik gəminin sentyabrın 14-də Beynəlxalq Kosmik Stansiyaya çatacağı bildirilir. Onun göyərtəsində çoxlu faydalı məhsullar və avadanlıqlar, o cümlədən Sony firması ilə birgə hazırlanmış Yerlə optik telekommunikasiyanı yerinə yetirən aparat olacaq. Bu aparatın sınağı cari ilin sonunadək həyata keçiriləcək. "Konotori-8" gəmisinin içərisində kosmosun tədqiqi məqsədilə iki mikro-peyk də yerləşdiriləcək.

Xatırladaq ki, eyni seriyalı bundan əvvəlki yapon yük kosmik gəmisinin buraxılışı ötən ilin noyabrında həyata keçirilib.