11 yaşlı uşaq şor yedi, ayaqları tutuldu Azərbaycanda uşağı aylarla xəstə yatağına salan xəstəlik


Digərləri 29 İyl 2019 21:45:00 271 0

11 yaşlı uşaq şor yedi, ayaqları tutuldu  Azərbaycanda uşağı aylarla xəstə yatağına salan xəstəlik

Azərbaycanda Ucar rayonunda bir ailənin 11 yaşlı övladını aylarla müalicələrə məhkum edən xəstəliyin mənbəyinin aparılan analizlərdən sonra şor olduğu məlum olub.

Belə ki, 11 yaşlı Nicat bir səhər evlərindən öz inəklərinin südündən hazırlanan şor yeyib, axşama doğru uşağın halı pisləşib. Qızdırma, halsızlıq və ayaqlarının heysiz olmasını valideynləri adi soyuqdəyməyə yozur. Lakin getdikcə uşağın vəziyyəti ağırlaşır və o yataqdan qalxa bilmir. 

Son.az medicina.az-a istinadən bildirir ki, rayonda diaqnoz ilk mərhələdə düzgün təyin olunmadığından uşaq Bakıya gətirilir. Aparılan analizlərdən sonra onda Brüselyoz xəstəliyi diaqnozu təsdiqlənir. 

Belə ki, şorun hazırlandığı süddə heyvandan keçən xəstəlik törədicisi olub  və süd yaxşı sterilə edilməyib. Xəstə inəkdən hazırlanan şoru yeyən uşağa bu  mikroblar keçib. Eyni süddən qəbul edən anada da bu xəstəlik olub, amma qadın özü sağalmışdı.