Çilidə Amerikanın ən qədim insan izi tapıldı


Digərləri 29 İyl 2019 21:15:00 246 0

Çilidə Amerikanın ən qədim insan izi tapıldı

Çilinin cənubunda 15.6 min il əvvələ aid insan izləri kəşf edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Cənub universitetinin bir qrup alimi 2011-ci ildə Osorno şəhərinin rayonlarındakı arxeoloji qazıntılar zamanı bu kəşfə imza atıblar.

Bir neçə il sonra isə məlum olub ki, izlər Pleystosen epoxası dövrünə aiddir. Pleystosen Dördüncü dövrün başlanğıc epoxasıdır və 2.58 milyon il əvvəldən 11.7 min il əvvələ - Holosenə qədər olan dövrü əhatə edir.

Arxeoloq Karen Morenonun sözlərinə əsasən, Amerikada digər insan izləri də mövcuddur. Amma bu, böyük yaşı olan yeganə kəşfdir. Alimlər kəşfin yaşını qazıntı zamanı yerdən çıxarılan orqanik bitki materialı əsasında müəyyən ediblər. Eyni qatlarda arxeoloqlar daşdan hazırlanmış əmək alətləri də tapıblar. Alimlərin fikrinə əsasən, bu əmək alətləri Cənubi Amerikada yuxarıda göstərilən dövrdə insanların yaşamasını sübut edən əlavə faktordur.

Bir müddət əvvəl Çili arxeoloqları yaşı 14.6 min il olan insan izinə rast gəlmişdilər. Elm dünyasında isə qitədə insanların məskunlaşmasına dair mübahisələr gedirdi.


Xəbərə aid foto