Əfsanənin gitarası hərraca çıxarılacaq


Digərləri 29 İyl 2019 20:41:00 207 0

Əfsanənin gitarası hərraca çıxarılacaq

Bluz əfsanəsi B.B.Kingin ən məşhur alətlərindən olan Gibson markalı "Lucille" gitarası və ifaçının bir neçə çalğı effektləri gələn il Los-Ancelesdə hərraca çıxarılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2015 ildə ifaçının ölümündən sonra Gibson xatirə olaraq "Lucille" modelinin 80 nüsxə ilə surətini buraxıb.

Qeyd edək ki, B.B. Kingin məhşur "Lucille" gitarasının öz tarixçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kingin yadına düşür ki, bahalı "Gibson" markalı gitarasını içəridə unudub. Özünü təhlükəyə ataraq geri dönür və sevimli gitarasını xilas edir. Sənətkar elə o vaxtdan gitarasının adını "Lucille" qoyur.