Bakıda kommersiya obyektləri və torpaq bazarında qiymətlər cüzi artıb


Digərləri 29 İyl 2019 20:37:15 199 0

Bakıda kommersiya obyektləri və torpaq bazarında qiymətlər cüzi artıb

Bu ilin may ayında Bakıda kommersiya obyektləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,91 faiz bahalaşıb

Bakı. Mətanət Nəsibova - Bu ilin may ayında Bakıda kommersiya obyektləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,91 faiz bahalaşıb. Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətindən bildiriblər. 2019-cu ilin mayında kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 2645 manat təşkil edib. Ötən ilin may ayında isə bu rəqəm 2621 manata bərabər idi. Torpaq bazarına gəldikdə isə, bu seqmentdə artım müşahidə olunub.