Sıxılma mərhələsində olan ekzoplanet aşkar edilib


Digərləri 29 İyl 2019 20:24:00 205 0

Sıxılma mərhələsində olan ekzoplanet aşkar edilib

TESS (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu “yeniyetməlik” dövründə olan ekzoplanet müəyyən edib.

Bakı. TESS (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu “yeniyetməlik” dövründə olan ekzoplanet müəyyən edib. Onun yaşı 50 milyon ildən kiçikdir və hələ sıxılma mərhələsini bitirməyib. Trend-in məlumatına görə, bu planet başqa ekzoplanetlərlə müqayisədə nisbətən yerə yaxın - 144 işıq ili məsafədə yerləşir. Buna görə də “Jeyms Veb” kosmik teleskopu onun atmosferini tədqiq edə biləcək, bu da planetlər sisteminin təkamül yollarını daha çox öyrənməyə imkan verəcəkdir. Qeyd edək ki, ekzoplanetlərin parametrləri onların yaşından asılı olaraq çox dəyişir. Başqa cisimlərlə qarşılıqlı qravitasiya nəticəsində onların orbitinin parametrləri də dəyişir. Ana ulduzların yüksək enerjili şüalanması atmosferin itkisinə səbəb olur. Qaz nəhənglərinin həcmi zaman keçdikcə soyuma nəticəsində kiçilir. ABŞ-nın Dartmut kollecindən olan Elizabet Nyutonun rəhbərliyi ilə bir qrup DS Tuc Ab ekzoplanetinin kəşfini təsdiqləyiblər. İlk dəfə bu kəşf 2018-ci ilin noyabrında TESS orbital teleskopunun müşahidələrinin analizi nəticəsində müəyyən olunub. O ekzoplanet yerdən 144 işıq ili məsafədə yerləşən vizual ikiqat ulduz sisteminin G6V spektral sinfindən olan ulduzun ətrafında dolanır. Ekzoplanetin bir ili 8.1 yer gününə bərabərdir. Onun temperaturu 577 ℃ qiymətləndirilir.