VAZın vurduğu piyada hadisə yerində ölüb


Digərləri 29 İyl 2019 20:07:00 249 0

VAZın vurduğu piyada hadisə yerində ölüb

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 28-də saat 21 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Türkmən kənd sakini V.Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az