Rumıniyada kommunizmin dəhşətlərini əks etdirən muzey açılacaq


Digərləri 29 İyl 2019 20:12:00 249 0

Rumıniyada kommunizmin dəhşətlərini əks etdirən muzey açılacaq

Buxarestdə parlament binasında Rumıniyanın 1945-1989-cu illərdə sosial-iqtisadi, mədəni həyatında reallıqları əks etdirən muzey açılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident Klaus Yohannis müvafiq sərəncam imzalayıb. Muzeyin açılmasında əsas məqsəd kommunist rejiminə qarşı çıxanlara tətbiq olunan cinayətlər və işgəncələr barədə ictimaiyyəti məlumatlandırmaqdır. Muzey dövlət büdcəsindən və ianələrdən maliyyələşdiriləcək.