Ana döyüldü, qızı qaçırıldı


Digərləri 29 İyl 2019 19:46:00 245 0

Ana döyüldü, qızı qaçırıldı

Bərdə rayonunda gənc qız anasının gözü qarşısında qaçırılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Şahidlərin verdiyi məlumata görə, qız anası M.K ilə gəzinti zamanı minik avtomobili ilə qaçırılıb. Hadisə zamanı bir neçə oğlan qızın anasına ağır bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Qızın tapılması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.