Evdən 30 min manat və qızıl əşyalar oğurlayan şəxs tutuldu


Kriminal 29 İyl 2019 19:47:00 272 0

Evdən 30 min manat və qızıl əşyalar oğurlayan şəxs tutuldu

Sabirabadda külli miqdarda pul və zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərin birindən 30800 manat pul və 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Rəhimli saxlanılıb.