1 nəfər su kanalında batdı


Digərləri 29 İyl 2019 19:28:00 216 0

1 nəfər su kanalında batdı

Ağdaşda 1 nəfər su kanalında batıb.

Son.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefonuna Ağdaş rayonunun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.