Fransada meşələr yanır


Dünya 29 İyl 2019 19:06:51 227 0

Fransada meşələr yanır

Fransada davam edən rekord istilər və quraqlıq meşə yanğınlarının başlamasına səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin cənub-şərqindəki Tulon şəhəri yaxınlığında meşə yanğınları qeydə alınıb.

Yanğının qarşısının alınması üçün təyyarələr və helikopterlər cəlb olunub. Ölkənin digər bölgələrində də meşə yanğınlarının başlamasından ehtiyat edilir.

Qeyd edək ki, Fransanın 50-dən çox şəhərində rekord göstəricilər qeydə alınıb. Paytaxt Parisdə temperatur 42,6 dərəcəyədək yüksəlib.