İtaliyada təyyarə avtomobil yoluna düşdü:


Dünya 29 İyl 2019 18:56:00 306 0

İtaliyada təyyarə avtomobil yoluna düşdü:

İtaliyanın şimal-qərbindəki Alessandriya şəhərində yüngülmühərrikli təyyarə avtomobil yoluna düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində pilot həlak olub.

Qeyd olunur ki, qəza avtomobil yolunda hərəkətin az olduğu zamanda baş verib. Hadisə nəticəsində hər hansı bir avtomobilə ziyan dəyməyib.

Hadisə şahidləri təyyarənin təhlükəli manevr edərkən qəza etdiyini deyir.