Yol polisi sürücülərin bu 40 manatlıq cərimələrini bağışladı ŞAD XƏBƏR


Digərləri 29 İyl 2019 16:49:00 203 0

Yol polisi sürücülərin bu 40 manatlıq cərimələrini bağışladı  ŞAD XƏBƏR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib. 

Son.az avtosfer.az-a istinadla xəbər verir ki, Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.

İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu. Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib. 

Bunu avtosfer.-az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiq edib. Lakin o bildirib ki, cərimə olunan bir neçə sürücü var, amma onların sayı kifayət qədər azdır:

"Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni, sarı zolağı boşaltmayan sürücülərdir".