Çilidə avtobus aşdı:


Dünya 29 İyl 2019 16:27:00 258 0

Çilidə avtobus aşdı:

Çilinin O'Higgins şəhərində avtobus qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində azı 6 nəfər həlak olub.

Bundan başqa, 40-dan çox şəxs xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə gecə saatlarında baş verib. Kəskin döngələrin birində sürücü idarəetməni itirərək avtobusu aşırıb.