28 yaşlı kişi arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma...


Kriminal 29 İyl 2019 16:10:00 235 0

28 yaşlı kişi arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma...

Masallı rayonunda 1990-cı il təvəllüdlü Fariz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Fariz Əsgərov yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndində həmkəndlisi Davud Rzayevə ağır xəsarət yetirib. Onların arasında mübahisə namus üstündə baş verib.

Arvadı ilə intim əlaqədə oldu

Belə ki, Davud Rzayev Fariz Əsgərovun arvadı ilə yaxın münasibət qurub, onunla intim əlaqədə olub. Fariz arvadının Davud Rzayevlə intim münasibətindən xəbər tutub və onunla mübahisə edib.

Gənclərin mübahisəsi sonradan davaya çevrilib. Dava zamanı Fariz Əsgərov həmkəndlisini sifət və baş nahiyəsindən vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib.

İki il islah cəzası

İstintaq orqanı tərəfindən Fariz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Fariz Əsgərovun aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.

"Ağır cəza verilsin"

Hökmdən narazı qalan Davud Rzayev apelyasiya şikayəti verib. O qeyd edib ki, Masallı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü dəyişdirilməlidir.

Onun qeydlərinə görə, Fariz Əsgərovun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsinə tövsif edilməsi üçün ibtidai istintaqa qaytarılmalıdır: "Fariz Əsgərova həmin maddənin sanksiyası həddində ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza verilməsini istəyirəm".

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, o, müstəntiqə hadisə zamanı aldığı xəsarətləri özündə əks etdirən və sübut edən fotoşəkilləri təqdim etsə də, müstəntiq həmin fotoşəkilləri cinayət işinin materiallarına əlavə etməyib.

"Məni beşbarmaqla vurub"