Məşhur azərbaycanlı aşığın qızı vəfat etdi FOTO


Digərləri 29 İyl 2019 15:48:00 208 0

Məşhur azərbaycanlı aşığın qızı vəfat etdi  FOTO

Azərbaycan aşıq sənətinin tarixi simalarından olan aşıq Bilalın qızı vəfat edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Şirvan aşıqlıq məktəbinin banisi sayılan aşıq Bilal Mikayılovun 92 yaşlı qızı Şura Abdurrahmanova yaşadığı Kürdəmir şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, aşıq Bilal 1872-ci ildə Şirvan qəzasının Qəşəd kəndində (hazrda Ağsu rayonunun inzibati ərazisi) dünyaya gəlib. O, Seyid Əzim Şirvaninin tələbəsi olub və Şirvan aşıq məktəbini yaradıb. Bölgədə böyük nüfuz sahibi olduğundan Azərbaycan Xalq Cumhuriyyəti yaranarkən aşıq Bilal Şirvan qəzasının polis rəisi vəzifəsini icra edib. Məhz bu səbəbdən 1937-ci il repressiyası onu da haqlayıb və həbs edilərək həmin ilin noyabr ayında qətlə yetirilib. Aşıq Bilalın oğlu aşıq Ağalar da Şirvan aşıq məktəbinin parlaq simalarından olub.

Qeyd edək ki, aşıq Bilalın digər oğlu Şəfi Mikayılov keçən ilin dekabrında 96 yaşında vəfat etmişdi. Şura xanım isə onun ən kiçik övladı idi.

Allah rəhmət eləsin!


Xəbərə aid foto