“Kəndlərdə hər 5ci körpə nikahsız doğulur”


Digərləri 29 İyl 2019 15:15:00 238 0

“Kəndlərdə hər 5ci körpə nikahsız doğulur”

2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.

Nəticələrə nəzər yetirdiyimiz zaman görürük ki, 2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb.

Belə ki, son 10 illik göstəricilərə əsasən şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.

Ekpert Samir Əliyev məsələylə bağlı manasibətində bildirib ki, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində rəsmi nikah olmadan doğulan uşaqların payı 3-4%-dən çox deyildi: