Cəbhədə növbəti təxribat: erməni snayperlər tibbi yardım maşınını atəşə tutdu FOTO


Digərləri 29 İyl 2019 15:17:33 270 0

Cəbhədə növbəti təxribat: erməni snayperlər tibbi yardım maşınını atəşə tutdu  FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən Son.az-a verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində "Hərbi tibbi yardım" sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan "UAZ" markalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.


Xəbərə aid fotolar