Toya gedən AİLƏ QƏZAYA DÜŞDÜ:


Dünya 29 İyl 2019 15:10:00 238 0

Toya gedən AİLƏ QƏZAYA DÜŞDÜ:

Türkiyənin Ərzincan vilayətinin Tercan qəsəbəsində toya gedənləri aparan mikroavtobusun aşması nəticəsində bir ailənin 12 üzvü yaralanıb.   Son.az AA-ya istinadən xəbər verir ki, yaralılardan dördü uşaqdır.

Qeyd edək ki, qohumlarının toyuna gedən ailənin içərisində olduqları 24 FU 196 qeydiyyat nömrə nişanlı mikroavtobusun sürücüsü Qıyasettin Yılmazın (60) idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəzada nəticəsində sürücü Yılmaz, Məryəm Uzun (35) ilə eyni ailədən olan Lamiyə (59), Ülviyə (46), Fatimə (43), Canpaşa (59), İsmayıl (50), Aynur (62), Çingizxan (11), Əbdülmütəllib (5), Məryəm, Mədinə (2), Mustafa Eymen Yılmaz (2) yaralanıblar.

Yaralılar əraziyə çağırılan təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.