Atanın səhlənkarlığı nəticəsində əkiz uşaqlar öldü


Dünya 29 İyl 2019 14:59:00 293 0

Atanın səhlənkarlığı nəticəsində əkiz uşaqlar öldü

Nyu-York ştatında 8 saat maşında qalan bir yaşlı əkizlər istidən dünyalarını dəyişiblər.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Roklend şəhərinin sakini, 39 yaşlı Xuan Rodriges polisə bildirib ki, işlədiyi xəstəxananın həyətində maşınını park edəndə əkizləri Luna ilə Feniksin hələ də maşında olduqlarını bilməyib.

"Mən fikirləşirdim ki, işə gəlməzdən qabaq onları uşaq bağçasında düşürtmüşəm. Mən tamam huşumu itirmişəm. Uşaqlarım məhv oldular, öz uşaqlarımı özüm öldürdüm", - şənbə günü çıxarıldığı məhkəmədə Rodriges hönkürərək deyib.

USA Today qəzeti bildirib ki, Rodrigesə iki maddə - qərəzsiz qətl və ehtiyatsızlıqdan adam öldürmə - üzrə ittiham irəli sürülüb.

Onun vəkili 100 min dollarlıq zəmanət pulu ödəyib, iki saat sonra Rodriges azadlığa buraxılıb.