Ona təcavüz edən oğlanı qovub tutdu


Dünya 29 İyl 2019 14:48:00 305 1

Ona təcavüz edən oğlanı qovub tutdu

İstanbulda maraqlı hadisə baş verib.

Son.az xəbər verir ki, Arnavutköy adlanan ərazidə avtobusa minən qadın nəqliyyat vasitəsində onunla tanış olmaq istəyən şəxs tərəfindən təcavüzə məruz qalıb. Qadın avtobusdan düşərkən gənc oğlan ona əl atıb. Bunu görən qadın həmin şəxsi tutmağa çalışsa da, o qaçıb.

Bildirilir ki, E.Ç adlı qadın Kənan adlı həmin şəxsi qovmağa başlayıb və təxminən 1 kilometr təqib etdikdən sonra ətrafdakı şəxslərin köməkliyi ilə gənci Fatih prospektində tutmaq mümkün olub. Qadın küçənin ortasında ona təcavüz etmiş şəxsi ayaqqabısı ilə döyüb. Hadisə yerinə gələn polislər onları şöbəyə dəvət edib.

Baş vermiş hadisə ərazidəki müşahidə kameraları tərəfindən anbaan lentə alınıb. (publika.az)