Ağstafada 5 otaqlı ev yanıb


Digərləri 29 İyl 2019 14:31:00 258 0

Ağstafada 5 otaqlı ev yanıb

Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

Bakı. Ağstafa rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağstafa rayonunun Göycəli kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.