“Azərbaycan Dəmir Yolları” qəza ilə bağlı məlumat yaydı


Digərləri 29 İyl 2019 14:39:00 216 0

“Azərbaycan Dəmir Yolları” qəza ilə bağlı məlumat yaydı

Bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Məlumatda qeyd edilir ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.