Samir Şərifov: "Ticarət Azərbaycanla Fransa arasındakı əlaqələrin vacib istiqamətidir"


Digərləri 29 İyl 2019 14:15:00 246 0

Samir Şərifov: "Ticarət Azərbaycanla Fransa arasındakı əlaqələrin vacib istiqamətidir"

Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyası iqtisadi, maliyyə, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dəstək göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merlə görüşü zamanı deyib.

S.Şərifov qeyd edib ki, nəqliyyat sahəsində Azərbaycan hökuməti və Fransa bankları tərəfindən maliyyələşdiriləcək birgə layihə nəzərdən keçirilir. Nazir əlavə edib ki, 2020-ci ildə Ələt Azad İqtisadi Zonasında Fransa şirkətləri fəaliyyətə başlayacaq:

"Ticarət əlaqələri ilə yanaşı, Azərbaycanda Fransa şirkətlərinin istehsal sahəsinə investisiyaları üçün əlvereişli mühit yaradılıb. Şirkətlər Azərbaycanla əlaqələrdən istifadə edərək region ölkələrinə məhsul və xidmətlərinin satışlarını genişləndirə bilər".

Öz növbəsində fransalı nazir bildirib ki, tərəflər iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin inkişafı üçün böyük potensiala malikdir və əməkdaşlığı yeni səvviyəyə yüksəltməyə hazırdır.