Moskvadan Azərbaycana gələn mikroavtobus Rostovda yük maşınına çırpıldı - 2 ölü, 6 yaralı (FOTO)


Digərləri 29 İyl 2019 14:18:00 193 0

Moskvadan Azərbaycana gələn mikroavtobus Rostovda yük maşınına çırpıldı - 2 ölü, 6 yaralı (FOTO)

İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlikn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.