Bakıda taksi qatarla toqquşdu - 4 nəfər xəsarət aldı


Digərləri 29 İyl 2019 14:05:00 183 0

Bakıda taksi qatarla toqquşdu - 4 nəfər xəsarət aldı

Bakının Xəzər rayonunun Zirə Qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

Bakı. İlhamə İsabalayeva - Bakının Xəzər rayonunun Zirə Qəsəbəsində (Qala yolu) qatar taksini vurub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 12.44-də qeydə alınıb. Hadisə yerinə 5 biriqada göndərilib. İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Qəza nəticəsində ən ağır vəziyyətdə olan 22 yaşlı qız qapalı kəllə-beyin travması alıb, yuxarı ətraflarında sınıq yaranıb. 20 yaşlı oğlan qapalı kəllə beyin travması alıb. Vəziyyəti ağır olan şəxs 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya aparılıb.