Yaqub Məmmədovun Arif Babayevlə Maştağadakı məzəli söhbəti "Xahiş edirəm, məni təhqir etməyin"


Kriminal 29 İyl 2019 13:58:00 329 0

Yaqub Məmmədovun Arif Babayevlə Maştağadakı məzəli söhbəti  "Xahiş edirəm, məni təhqir etməyin"

Mərhum xalq artisti Yaqub Məmmədovun 1998-ci ildə məclislərin birində çəkilmiş videosu sosial şəbəkədə paylaşılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Məmmədov həmkarı, xalq artisti Arif Babayevin də iştirakçısı olduğu maraqlı əhvalatı məclis iştirakçılarına danışıb:

"Oxuya bilməsəm də, camaat məni istədiyinə görə pul verir. Bir dəfə Maştağada mənə o qədər pul verdilər ki, özüm də oxumurdum. Durdum dedim ki, ay camaat, xahiş edirəm, məni təhqir etməyin. Toyu da Ariflə ikimiz oxuyuruq. Arif şaqqaşaq oxuyur, bir abbasi verən yoxdur. Həsən adlı bir nəfər var idi, imkanlı adamdı, məclisdə öz dəstəsiylə oturmuşdu. Dedi ki, Yaqub müəllim, biz sənə ona görə pul vermirik ki, indi oxuyasan. Sadəcə, biz səni çox istəyirik. Dünən oxumusan, bu gün oxumağın lazım deyil. Arif dedi ki, sənin kimi naxışlı adam görməmişəm. Dedi, bundan sonra hara getsəm, səni aparacam, pulları yığ".

Qeyd edək ki, ustad xanəndə 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. 2002-ci ildə vəfat edib.